Ölülər haqqı eşitməzlər

Aparıcı: Qəlblərin möhürlənməsi nə deməkdir? Qəlbi möhürlənən insan iman etmək və ya etməmək kimi iki variant arasından hansına meyl edir, hansı mövqedə yer alır?

Adnan Oktar: Həmin insanlar cəhənnəmdən gətirilmiş insanlardır. Cəhənnəmdən gəlmiş insanlardır. Peyğəmbərimiz (s.ə.v) də çox şirin və çox sevimlidir, mübarək, belə insanlarla qarşılaşmışdır. Onlara cani könüldən təbliğ etmişdir. Allah da, şeytandan Allaha sığınıram: "Onların iman gətirmədiyinə görə az qala özünü həlak edəcəksən" deyir. Peyğəmbərimiz (s.ə.v) var gücüylə təbliğ edir; iman etsinlər deyə. Onlar da gözlərini bərəldib baxırlar, belə mənasız baxışlarla. Halbuki o onsuz da cəhənnəmdən gəlmişdir, iman etməyəcək, onun üçün Allah onu xəbərdar edir. Bax: "Az qala özünü həlak edəcəksən" deyir, ruhu o qədər gözəldir ki, o qədər sevgi doludur ki, çox əzab çəkir onların iman etməməsindən, cəhənnəmə getməsinlər deyə, bu dəfə də əsəbiləşir. Özünü çox kədərləndirir, o da sağlamlığını pozacaq hala gəlir. Allah da Peyğəmbərimiz (s.ə.v)-ə: “Az qala özünü həlak edəcəksən”. Bunun üçün də, bu cür insanlar onsuz da xüsusi olaraq yaradılıblar, cəhənnəm üçün xüsusi olaraq yaradılmış bir camaat var, bunlar onsuz da oranın dəstəsidir, yəni bunlar oradakı yığıncaqlarından gəlirlər. Onlar onsuz da hal-hazırda orada aktivdirlər və qətiyyən anlamayacaq şəkildə yaradılmışdırlar. “Gözləri görməz” deyir Allah, “qulaqları eşitməz” deyir, “onlar” deyir, heyvanlar kimidirlər, “hətta heyvanlardan da aşağı mövqedədirlər” deyir, yəni sözü anlamamaq baxımından. Bir də: “Qəlb gözləri də kordur” deyir. Allah: “Sən onları diri hesab edərsən” deyir. Şeytandan Allaha sığınıram, “onlar ölüdür” deyir, lakin müsəlmanların bunu bilməyəcəyini, yəni adam zombi kimidir, amma insanlar yaşadığını zənn edirlər. Lakin ölüdür o, mən daha əvvəl də söyləmişdim. Ölü insan olur, lakin bunu bilməzlər. Yəni bir çox insan ölüdür əslində, ölü insan var. Məsələn, bir çox insan da cindir, insanlar onları seçə bilməzlər. Şeytan da vardır. İnsanların arasında gəzər. "İnsan şeytanları", insan surətində şeytan vardır, seçə bilməzlər. Ölü insanları da seçə bilmirlər. Bunun üçün də ölüyə təbliğ edir, o da divar kimi təsirlənmir.

(Hörmətli Adnan Oktarın Kanal 35-dəki müsahibəsindən, 7 yanvar 2009-cu il)