Giriş

İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” deyən kəsdən daha gözəl söz deyən kim olabilər?
(Fussilət surəsi, 33)

Gözəl söz söyləmək deyildikdə insanların əksəriyyəti bunu; kompliment demək, sevgini dilə gətirmək və ya ümid verən sözlər söyləmək hesab edər. Halbuki Allahın Quranda bizə öyrətdiyi gözəl söz, hər nə qədər bu sayılanları ehtiva etsə də, olduqca fərqli və geniş məna ehtiva edir. Allah gözəl sözün nə olduğunu bizə; "insanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət surəsi, 33) ayəsiylə bildirir. Yəni əsil gözəl söz insanları Allaha tərəf çağıran, Qurana tabe olmağa dəvət edən sözdür. Gözəl söz söyləyən, yəni Allaha tərəf çağıranlar isə yalnız iman edənlərdir.
Allahın dinini izah etmək, Quranla öyüd vermək, yaxşı əməllər işləməyi əmr edib pis əməlləri qadağan etmək, Allahın ayələrini xatırlatmaq - bunların hamısı çağırışdır və bir insana deyilə biləcək ən xeyirli, ən gözəl sözlərdir. Möminlərin insanları Quran əxlaqına yönəldən bu sözləri, bilavasitə qarşılarındakı insanı məmnun etmək məqsədinə xidmət etmədiyi kimi, hər hansı mənfəət də daşımır. Bütün bu sözlərin tək hədəfi var; Allahı razı salmaq və qarşıdakı insanın da Allahın razı olacağı əxlaqa sahib bir insan olmasına vəsilə olmaqdır... Hədəf bu olduqda; Allahı zikr etmək, gözəl əxlaqı izah etmək və axirəti qazanmağa çağırmaq kimi, bəzən insana çatışmayan cəhətləri mövzusunda öyüd vermək, Quran ayələri əsasında səhvlərini tənqid etmək, qorxub çəkinməsini xatırlatmaq da eynilə gözəl sözdür.
Peyğəmbərimiz (s.ə.v) də müsəlmanlara gözəl söz söyləmələrini bildirmiş və gözəl sözün əhəmiyyətiylə əlaqədar belə buyurmuşdur:
         Əbu Hüreyrə Peyğəmbər (s.ə.v)-dən; "gözəl və xoş söz sədəqədir" buyurduğunu nəql etmişdir. (Sahih-i Buhari, XIII cild, səh. 6013)
Həqiqi mənada gözəl sözün nə olduğunu, belə bir nümunə ilə zehninizdə daha yaxşı canlandıra bilərsiniz: bir anlıq əbədi cəhənnəm əzabına lap yaxın olduğunuzu düşünün. Orada əzabdan-əzaba sürüklənilən, peşmanlıq içində yalvaran, odun içindən çıxa bilməməyin dəhşətini yaşayan, qaynar suya atılan, uzun dirəklərə bağlanılmış insanları görər və sizi bu yandırıcı əzaba sürükləyəcək ən kiçik səhv belə etməmək üçün diqqət və həssaslıqla Allahın rizasını axtararsınız. Ən qorxduğunuz və çəkindiyiniz şey isə, Allahın rizasını itirmək olar. Belə vəziyyətdə yanınızdakı bir insanın sizə Quranla öyüd verməsi, səhvliyə yol verə biləcəyiniz bir rəftara qarşı sizi xəbərdar etməsi və ya Allahın rizasına uyğun xatırlatmalar etməsi sizə deyilə biləcək ən gözəl, ən xeyirli və ən hikmətli sözlər olacaq.
Özünü cəhənnəm əzabını lap yaxınlığında hiss edən bir insan olaraq, nə deyilənlərə etiraz edər, nə etdiyiniz səhvlərə səbəb olaraq müxtəlif bəhanələr ortaya atar, nə də bütün bunları qürurunuza sığışdıra bilmədiyiniz ötrü qəbul etmirəm deyə bilərsiniz. Həmin anda səhvlərinizi düzəltməyin nə qədər əhəmiyyətli olduğuna səmimi şəkildə qənaət gətirdiyiniz üçün, istənilən öyüdə qulaq asarsınız. Hələ eşitdiyiniz anda sizin xeyiriniz üçün deyilən bu sözlərə sevə-sevə əməl edər, qarşınızdakı insana isə bu etdiklərindən ötrü çox böyük minnətdarlıq edər və hətta ondan sizə yeni nəsihət verməsini tələb edərsiniz.
Necə ki, bu nümunədəki kimi cəhənnəmin kənarında olduqda həmin anda deyilən hər kəlmə, hər söz əldən verilməz fürsətdirsə, eynilə dünya həyatında Allaha tərəf çağıran, Quran əxlaqını yaşamağı xatırladan hər söz də əldən verilməz fürsətlərdir. Dünyada hələ vaxt olduğu halda, Quran əxlaqının yaşanması üçün verilən hər öyüd, xeyirə və yaxşılığa dair hər çağırış və haqq-hesab gününə qarşı edilən hər xəbərdarlıq, insanların əzabdan qorunmasına və cənnəti qazanmasına vəsilə olacaq:
Allah; "...sonra onları cəhənnəmin ətrafında dizüstü çökmüş vəziyyətdə saxlayacağıq" (Məryəm surəsi, 68) və "sonra da təqva sahiblərini xilas edər, zülm edənləri də dizüstü çökmüş vəziyyətdə buraxarıq" (Məryəm surəsi, 72) ayələriylə, bütün insanların hər an cəhənnəmlə üz-üzə gələ biləcəyini və ancaq iman edənlərin cəhənnəmdən qurtarılacağını xəbər vermişdir.
Məhz əbədi əzab məkanı olan cəhənnəmdən xilas olmağa vəsilə təşkil edən yollardan biri də ayələrlə edilən öyüd və xatırlatmalardır. Bundan ötrü də, Allaha iman etməyə, Qurana tabe olmağa və gözəl əxlaqa dair edilən hər çağırışa dərhal cavab vermək hər kəsin öz xeyirinə olacaq. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) də bir hədisində belə buyurmuşdur:
... Adiyy ibn Hətim belə demişdir: Peyğəmbər (s.ə.v) odu yada saldı, ondan Allaha sığındı və üzünü ondan çevirdi. Sonra yenə odu, yəni cəhənnəmi yada saldı, ondan sığındı və üzünü çevirib belə buyurdu: "Tək bir xurmanın yarısı ilə, bunu da tapa bilməsəz gözəl söz deməklə özünüzü oddan qoruyun". (Sahih-i Buhari, XIII cild, səh. 6013)
Bu mövzuda təbii səmimiyyət və təslimiyyətə nail olmaq üçün bir qədər əvvəl nümunə kimi verdiyimiz cəhənnəmin kənarındakı insan mövqeyində olmağa ehtiyac yoxdur. İnsan bu vəziyyətə düşmədən eşitdiyi hər gözəl söz və çağırışa cavab verməyə qərar verməlidir.
Bu kitabda isə, gözəl sözün tərifindən çox, gözəl sözə əməl etməyin əhəmiyyəti və ona əməl etməyənlərin dünyada və axirətdə üzləşəcəkləri itkilər Quran ayələri və hədislər əsasında izah ediləcək. Çünki hal-hazırda dünyada yaşayan milyardlarla insan üçün, cəhənnəmə getmək və əbədiyyən ard-arda gələcək əzablara məruz qalmaq təhlükəsi var. İnsanın özünü Allaha tərəf çağıran hər gözəl sözə əməl etməsi, bu əzabdan xilas olması üçün həyati əhəmiyyət daşıyır. İnsan, gözəl sözə əməl etdiyi vaxt, dünyada və axirətdə gözəl həyat yaşaya biləcəyi halda, əməl etmədiyi halda Allahın əzabı ilə üz-üzə gələcəkdir. O acı əzab günü ayələrdə belə təsvir edilir:

Onları ürəklərin xirtdəyə çatacağı, özləri də dayanmadan udqunacaqları; yaxınlaşan günlə qorxut. O gün zalımların nə özlərini qoruya biləcək dostları, nə də sözü keçən bir şəfaətçiləri olar. Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir. Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!